Vasif Adıgözəlov

Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 15 sentyabr 2006, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), “Şöhrət” və “İstiqlal” ordenləri laureatı.

Həyatı

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

  • Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.
  • Müğənni Rauf Adıgözəlovun qardaşıdır.
  • Dirijor Yalçın Adıgözəlovun atasıdır.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

23 noyabr 1973-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, 21 mart 1989-cu ildə “Azərbaycan SSR xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

1989-cu ildən professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə “Şöhrət ordeni” və 27 iyul 2005-ci ildə isə “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında “xor dirijorluğu” kafedrasına rəhbərlik etmişdir.

Əsərləri

  • 2 opera: “Ölülər (opera)”, “Natəvan (opera)”
  • 5 musiqili komediya: “Hacı Qara (operetta)” (həmmüəllifi R. Mustafayev), “Nənəmin şahlıq quşu”, “Boşanaq – evlənərik”, “Lənət şeytana”
  • 4 oratoriya: “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı”
  • 3 kantata: “Novruzum”, “Təntənəli”
  • 4 simfoniya
  • 6 instrumental konsert
  • kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Xatirəsi

2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi açılmışdır. Əsərin müəllifi heykəltəraş Aslan Rüstəmovdur.

Filmoqrafiya

  1. ktrisanın təbəssümü (film, 1974)
  2. Balaca çoban (film, 1985)
  3. Bir tale naxışı. Vasif Adıgözəlov (film, 2012)
  4. Cazibə Qüvvəsi (1964)
  5. Həyat bizi sınayır (film, 1972)
  6. Keyfiyyət nişanı (film, 1974)
  7. Kədərimiz… Vüqarımız… (film, 1998)
  8. Kişi sözü (film, 1987)
  9. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  10. Qəribə əhvalat (film, 1960)
  11. Lahıc (film, 2004)
  12. Maestro (film, 2002)
  13. Mahnı qanadlarında (film, 1973)
  14. Məhəbbət oratoriyası (film, 2003)
  15. Mətbuat fədaisi (film, 2007)
  16. Nəriman Əliyev (film, 2005)
  17. Skripkanın sərgüzəşti (film, 1972)
  18. Sovet Azərbaycanı (film, 1972)
  19. Sovet Azərbaycanı (film, 1977)
  20. Şərikli çörək (film, 1969)
  21. Zülfü ocağı (film, 2002)

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/vasif-adigoz%c9%99lov/1254/

Bir cavab yazın

Your email address will not be published.