Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 2006-2015-ci illərdə quruma Balababa Rzayev rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Balababa Rzayev Azərenerji ASC-nin prezidenti təyin edilib.
Tag: Ədəbiyyat
Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/az%c9%99risiq/1234/
Apr 27 2020
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir.
Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/din/quran/1015/
Apr 22 2020
Azərbaycan mədəniyyəti
Azərbaycan mədəniyyəti – Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycan Şərqi Avropa və Qərbi Asiyadadır, Avropa Şurasının üzvüdür.
Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/az%c9%99rbaycan-m%c9%99d%c9%99niyy%c9%99ti/765/
Apr 10 2020
Yaponiya
Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国 Nippon-koku və ya Nihon-koku, “Yaponiya dövləti”), köhnə mənbələrdə Japon (Köhnə Azərbaycan Türkcəsi və ya Məmləkəti Japon (Köhnə Azərbaycan Türkcəsi: — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. “Yaponiya” adının “günəş” mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez “Gündoğan ölkə” adı ilə çağırılır.
Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/yaponiya/440/
Apr 08 2020
Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i …
Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/az%c9%99rbaycan/389/
Apr 07 2020
Azərbaycan ədəbiyyatı
Azərbaycan ədəbiyyatı — Azərbaycan dilində yazılan ədəbiyyata və ya Azərbaycan yazıçıların, şairlərinin və ya azərbaycanlı mühacirlərin yazdığı ədəbiyyata aiddir. Azərbaycan ədəbiyyatının mənşəyi I minilliyin ortalarından başlayaraq qədim ümumtürk ədəbiyyatının fərqlənməsi nəticəsində formalaşıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Azərbaycan ədəbiyyatı Sovet və mühacirət hissələrinə bölünmüşdür. 1920-ci illərdə Azərbaycan Sovet ədəbiyyatı klassik rus və Sovet ədəbiyyatının bədii idealoji təsirini azaltmağa cəhd göstərənlərə qarşı kəskin mübarizə şəraitində inkişaf …
Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/tarix/az%c9%99rbaycan-%c9%99d%c9%99biyyati/357/