Category: KİNO

Holliwood

Hollivud (ing. Hollywood; holly — pirkal, wood — meşə) — ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində rayon. 1913-1915-ci illərdən Amerika kino sənayesinin mərkəzinə (“xəyallar fabriki”) çevrilmişdir. 1920-ci illərdən indiyədək fəaliyyət göstərən “Metro-Goldwyn-Mayer”, “20th Century Fox”, “Paramount Pictures”, “Warner Brothers”, “Columbia Pictures” və s. kino şirkətləri burada təşkil edilmişdir. ABŞ kinematoqrafiyasının başlıca xüsusiyyətləri Hollivudda formalaşmışdır. Hollivudda müxtəlif illərdə Qriffit, Çarli Çaplin, Ştroheym, Vidor, Ford, Uayler, Kapra kimi məşhur sənətkarlar fəaliyyət göstərmişlər.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/kino/hollivud/850/