Tag: Coğrafiyası

İsrail

İsrail (ivr. מדינת ישראל‎), (ərəb. دولة إسرائيل‎‎), və ya rəsmi adı ilə İsrail Respublikası (ivr. ישראל‎)(ivr. מדינת ישראל‎ — Asiyada dövlət. Asiya, Avropa və Afrikanın kəsişmə nöqtəsində yerləşir. Qərbində Aralıq dənizi, şimalında Livan və Suriya, şərqində İordaniya, şərqində və qərbində İordan çayının qərb sahilində yerləşən Fələstin əraziləri və Qəzza zolağı, cənubunda Misir və Qırmızı dəniz yerləşir. Ölkə olduqca kiçik sahəsinə baxmayaraq, coğrafi cəhətdən fərqli ərazilərə sahibdir.İsrailin iqtisadi və texnoloji mərkəzi Tel-Əviv olsa da, bütün dövlət orqanları paytaxt elan olunan Qüdsdə yerləşir.Buna baxmayaraq, …

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/israil/1223/

Rusiya

Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция) — Şimali Avrasiyada bir böyük ölkədir. Rəhbərlik şəkli federal yarı prezidentlik tipli respublikadır.Şimal-qərbdən cənub-şərqə Rusiya, Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti ilə), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan və Şimali Koreya ilə həmsərhəddir. Dəniz sərhədi olaraq isə Oxot Dənizindən Yaponiya ilə, Berinq Boğazından isə ABŞ ştatı olan Alyaska ilə də qonşudur.17,075,400 km²-lik ərazisi ilə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Rusiya eyni zamanda 2014 ili etibarı ilə 144 milyon …

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/rusiya/769/

Fransa

Fransa Respublikası (fr. République Française), yaxud qısaca Fransa, köhnə mənbələrdə Frəngistan— Qərbi Avropada dövlət. O, Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə həmsərhəddir. Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Ukraynadan sonra ərazicə Avropanın ən böyük üçüncü ölkəsidir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/fransa/755/

İtaliya

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) – Avropanın cənubunda dövlət. Əhalisi təxminən 59 milyon nəfərdir. Etnik qruplar italyanlar – 94%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlardır. Orta uzunömürlülük (2018-ci il üçün); kişilərdə – 82.5 yaş, qadınlarda – 85 yaşdır. Paytaxtı Roma şəhəridir. Ən böyük şəhərləri Neapol və Milandır. Dövlət dili italyan dilidir. Turizm sahəsində işləyən hər kəs ingilis və fransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/italiya/506/

Keniya

Keniya və ya rəsmi adı Keniya Respublikası (suah. Jamhuri ya Kenya, ing. Republic of Kenya) — Hind okeanı sahilində yerləşən Şərqi Afrika ölkəsi. Dünyanın ən korrupsiyalaşmış ölkələrinin “Transparency İnternational” tərəfindən hazırlanan cədvəlində Keniya 154-cü yeri tutur.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/keniya/481/

Çin Xalq Respublikası

Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca:  – Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/cin-xalq-respublikasi/465/

Yaponiya

Yaponiya (yap. 日本 Nippon [nip̚põ̞ɴ] və ya Nihon [nihõ̞ɴ]; keçmiş adı 日本国  Nippon-koku və ya Nihon-koku, “Yaponiya dövləti”), köhnə mənbələrdə Japon (Köhnə Azərbaycan Türkcəsi və ya Məmləkəti Japon (Köhnə Azərbaycan Türkcəsi: — Şərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi Koreyanın və Rusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dənizi və Tayvan adasına qədər uzanır. “Yaponiya” adının “günəş” mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez “Gündoğan ölkə” adı ilə çağırılır.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/yaponiya/440/

Hindistan

Hindistan (hind भारत, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind भारत गणराज्य, ing. Republic of India) – Cənubi Asiyada dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma ilə, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutur.

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/hindistan/345/

Şimali Koreya

Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Pxenyan şəhəri, ümumi sahəsi 120,540 kvadrat kilometrdir. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə “Şimali Koreya” kimi işlənir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/simali-koreya/324/