Tag: Memarlıq xüsusiyyətləri

Atəşgah (Bakı)

Atəşgah — Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən 30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir.XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş məbədin adı “Alov evi” və ya “Alov yeri” anlamı verir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/at%c9%99sgah-baki/738/

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəz Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin adını daşıyır. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovdur.Mərkəz müasir Bakının simvollarından biri hesab edilir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/heyd%c9%99r-%c9%99liyev-m%c9%99rk%c9%99zi/727/

Möminə Xatun türbəsi

Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/momin%c9%99-xatun-turb%c9%99si/708/

Qız qalası (Bakı)

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə …

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/az%c9%99rbaycan/qiz-qalasi-baki/587/