Tag: Xəritəsi

Kuba

Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman Adaları və Yamayka, cənub-şərqində Haiti və Dominikan Respublikası yerləşir. 28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı …

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/kuba/382/

Hindistan

Hindistan (hind भारत, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind भारत गणराज्य, ing. Republic of India) – Cənubi Asiyada dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma ilə, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutur.

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/hindistan/345/

Şimali Koreya

Şimali Koreya və ya rəsmi adı ilə Koreya Xalq Demokratik Respublikası (kor. 조선민주주의인민공화국) — Şərqi Asiyada dövlət. KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Pxenyan şəhəri, ümumi sahəsi 120,540 kvadrat kilometrdir. Ölkənin adı kütləvi informasiya vasitələrində qeyri-rəsmi şəkildə “Şimali Koreya” kimi işlənir.

Continue reading

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/simali-koreya/324/