Orqan (musiqi aləti)

Orqan (q.yun. ὄργανον orqanon — alət sözündən)ref>Organon, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, at Perseus project</ref> — klavişli-nəfəsli musiqi aləti.

Musiqi alətləri içində ən iri həcmlisidir. Öz həcmi, diapazon böyüklüyü, imkanları və tembr rəngarəngliyinə görə musiqi alətlərinin şahı sayılır. Nəfəsli orqan da adlandırılır ki, bu termin vasitəsilə elektron orqanlardan fərqlənir. Orqançı – orqan musiqi alətində ifa edən insan. İnstrumentalist-musiqiçininin sənəti, kilsədə rütbə. Başqa klavişli musiqi alətlərdən əsas fərgi – 7-yə gədər əl manualları (klavişləri), həmçinin ayaq pedal klavişinin olması ilə fərqləndirmək olar. Orqan (latınca organum, qədim-yunanca oργανον – “alət”) – dilli-nəfəsli musiqi alətidir, musiqi alətlərinin arasında ən iri həcmlidir, və ən qədim alətlərdən biridir. Onun tarixi bir neçə minillik təşkil edir. Quqo Riman hesab edirdi ki, orqanın əcdadı qədim vavilon volınkasıdır (19 əsr b.e.ə.). “Həmin alətdə dəri boru vasitəsilə havayla dolurdu, əks tərəfində tütəklər yerləşirdi. Həmin tütəklərdə (borularda) çox ehtimal ki, dilçəklər və bir neçə deşiklər vardı.Orqanın başqa bir əcdadı Panın fleytası, çin Şeni və başqa oxşaq alətlər ola bilər. Deyilir ki, ilk orqanı (sulu orqan, qidravlos) Misir Aleksandriyasında b.e.ə. 296 – 228 illərdə yaşayan Ktesibiy yaratmışdı. Ona oxşar alətin şəkli Neron zamanının dəmir pulunun üzərində var idi. Böyük həcmli orqanlar IV əsrdə, bir az təkmilləşdirilmiş orqanlar – VII və VIII əsrlərdə yaranmışdır. Deyilir ki, Roma papası Vitalian orqanın katolik silsəyə daxil edilməsini təşkil etdi. VIII əsrdə Vizantiya öz orqanları ilə məşhur idi.

Orqan quraşdırma incəsənəti İtaliyada geniş yayılmışdı, IX əsrdə isə orqanlar İtaliyadan Fransaya aparılırdı. Sonralar bu mədəniyyət Almaniyada inkişaf etdi. Qərb Avropanın hər yerində orqanın yayılması XIV əsrə aid olunur.

Orta əsrlərin orqanlarında manual klaviatura böyük dillərdən ibarət idi, onların eni 5-7 sm arasında idi. Orqan ifaçıları onları barmaqlarla yox, yumruqlarla ifa edirdi, dillərin arasındakı məsafə 1,5 sm çatırdı. XV əsrdə dillərin ölçüsü balacanıb, boruların sayının artması baş verdi.

Orta əsrin orqanlarının ən qədim və bütövlükdə bizim vaxta gəlib çatan nümunəsi olaraq İsveçdəki Qotland adasının Norrland yerindəki orqanı hesab etmək olar. Amma həmin orqanın boruları bizim dövrə gəlib çıxmayıb. Həmin aləti 1370 – 1400 -ci illərə aid edirlər, ancaq bir neçə mütəxəssis bu alətin həmin tarixə aid olduğunu şübhə altına salır. Hal-hazırda həmin orqan Stokholmun Milli tarixi muzeyində yerləşir.

XIX əsrdə fransız orqan ustası Aristid Şablon:Kavaye-Kollun sahəsində orqan çox böyük zirvələrə qalxdı. Həmin usta öz qabağina məqsəd qoymuşdu. O orqanın səslənməsini elə nəhəng və dolğun elemek istəyirdi ki, hətta orqan öz səslənməsi ilə simfonik orkestrin səslənməsiylə yarışa bilsin. Beləliklə, əvvəllər tarixdə görünməyən, həm həcmi, həm səslənməsi ilə nəhəng olar orqanlar həyata gəldi. Bu cür orqanları hərdən simfonik orqanlar adlandırırlar.

Söz açılışı

Bəzi müasir musiqiçilər orqanı ərğənunla eyniləşdirirlər. Halbuki, orqan sıxılmış hava ilə işləyir, ərğənun isə Nizami Gəncəvinin dövründə simli alət idi.

Avropa alimləri “orqan” (alət, vasitə) sözünü yunan dilindəki “erqo” (iş) sözüylə əlaqələndirir. Amma maraqlıdır ki, Türk dillərində “arğa” kökü bir neçə anlama gəlir:

  • “kömək, vasitə” ← arxa
  • “güc, çeviklik, məharət”
  • “örkən, arkan, kəmənd, tel” 

Rus dilində ağız qopuzuna “varqan” deyirlər.

Tarixçə

Karl Vilhelm Yuli Huqo-nun fikrincə orqanın yaranması Babil volın alətidir. İlk orqan isə Hidravlos adlanan hidravlik musiqi alətidir. Həmçinin Orta əsr dövründə bir neçə növ orqan ortaya çıxmışdır:

  • Kilsə elektroorqanı – maksimal şəkildə kilsə musiqisinə adaptasiya edilmiş və bir çox kilsələrdə və kapellalarda yerləşdirilmişdir;
  • Konsert, həmçinin rok və cazz musiqisinə adaptasiya edilmiş orqanlar;
  • Ev şəraitində musiqi vermə üçün hazırlanmış orqan instrumentləri;
  • Peşəkar studiyalarda istifadə edilən proqramlaşdırılmış orqanlar.

Növlər

Orqan müxtəlif növləri və versiyasını digər cihazları, fəaliyyət prinsipləri, habelə xüsusi fərqləndirici xüsusiyyətləri fərqlənir:

Səsli orqanSimfonik orqanTeatral orqanElektroorqanHammond orqanıTifon orqanıŞarmankaOrkestrionOrqanolaPirofonŞenDəniz orqanıKamera orqanıKilsə orqanıEv orqanıQamışlı orqanMexaniki orqanHidravlik orqanRəqəmsal orqanVirtual orqanRok-orqanPop-orqanMelodium

Azərbaycan musiqisində orqan

 1964-cü ildə Azərbaycanda orqanın yenidən bərpa edilməsindən sonra bəstəkarlarımız bu alət üçün əsərlər yazmağa başladılar. Ilk əsərlər sırasında Nazim Əliverdibəyovun, Zakir Bağırovun, Nəriman Məmmədovun əsərlərini, Qara Qarayevin kino musiqisini misal göstərmək olar. Sonralar orta və gənc nəsil bəstəkarları da orqan musiqisinə müraciət etmişlər. Hazırda Azərbaycan bəstəkarlarının orqan üçün yazılmış çoxlu sayda əsərləri var. Azərbaycan Dövlət Konservatoriyasında xüsusi orqan ifaçılığı kafedrası yaradılmışdır. Hazırda bu kafedranın rəhbəri respublikanın əməkdar incəsənət xadimi, professor Tahirə xanım Yaqubovadır.1993-cü ildə professor Tahirə Yaqubovanın təşəbbüsü ilə Bülbül adına ixtisaslaşdırılmış musigi məktəbində və Bakı Musiqi Akademiyası bazasında studiyada həm xüsusi, həm də fakultativ fənn kimi müstəqil orqan və klavesin sinfi açılır. 1995-ci ildə organ və klavesin təlim kursu xüsusi status alır və müstəqil kafedra kimi fəaliyyət göstərməyə başlayır. Azərbaycanmda orqan mədəniyyətinin formalaşması haqqlı olaraq ilk Azərbaycan orqan ifaçısı, professor, Respublikanyn əməkdar incəsənət xadimi Z. Q. Cəfərovanın adı ilə əlaqələndirilir.

Orqan üçün bəstələr

  • Arif Mirzəyev– Nelli Abutidzenin ifasında “Sarabanda” (Şahzadə Diananın xatirəsinə), “Yanvar passionları” (20 yanvar şəhidlərinin xatirəsinə), Orqan simfoniyası, “Siciliana – Dambleyn uşaqlarına laylay” poeması 
  • Aqşin Əlizadə – Muğam sədaları, “Qoca xanəndə” orqan pyesi
  • Cəlal Abbasov – Qara Qarayevin xatirəsinə “Postlüdiya”
  • Eldar Mansurov – Orqan üçün muğam dəstgahı
  • Elnarə Dadaşova – Süsən sünbül xalq mahnısının 4 variasiyaları; orqan üçün variasiyalar (1998); “Segah” üstündə orqan üçün fantaziya (1998); “Xocalı laylası” (1999); orqan üçün “Etiraz” Pyesi (2000) 
  • Fərhəng Hüseynov – Mərasimlər
  • İlyas Mirzəyev – Sonata
  • Nazim Əliverdibəyov – Bayatı Şiraz
    • Muğam Bayatı Şiraz və İohann Sebstyan Baxın “Tokata re-minor”u
  • Nazim Əliverdibəyov – İçərişəhər lövhələri
  • Nazim Mirişli – Iki ofortu
  • Rəhilə Həsənova – “Qəsidə” simfoniyası, «Səhra» fantaziyası
  • Rüfət Ramazanov – orqan və xanəndə üçün “And” (1999), “Avtoportret” poeması (1998)
  • Sevda İbrahimova – Poema-ithaf
  • Sərdar Fərəcov – N. Gəncəvinin xatirəsinə “Qəsidə”
  • Vasif Adıgözəlov – Muğam-sonata (yaxud “Muğam fantaziyası”)
  • Zakir Bağırov – orqan üçün improvizasiya və fuqa (1973)

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/musiqi/orqan-musiqi-al%c9%99ti/1251/

Bir cavab yazın

Your email address will not be published.