Pikaçu

Pikaçu (ピカチュウ Pikatyu?); ing. Pikachu) — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan “Pokemon”da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Ken Suqimori və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə “Pokémon Red və Blue” video oyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür.

Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir.

Konsepti və dizaynı

Game Freak tərəfindən yaradılmış və Nintendo tərəfindən buraxılmış “Pokemon” seriyası Yaponiyada 1996-cı ildən yayımlanmağa başlamışdı. Seriyanın personajları — pokemonlar digər məşqçilər tərəfindən tutula bilir, öyrədilir, oyun dünyasında onlarla səyahət edir və digər məşqçilərə qarşı mübarizə aparır.Pikaçu Game Freak-in Pokemon yaradıcılıq komandası tərəfindən yaradılmışdır və rəssam Ken Suqimori tərəfindən tamamlanmışdır.Anime serialının prodüseri Satosi Tadzirinin sözlərinə görə, pokemonun adı iki yapon sözündən yaranıb: pika, elektrik qığılcımının səsi, və çu, siçan səsi.Tərtibatçı Cuniçi Masudanın sözlərinə görə, Pikaçunun adı ən çətin yaranan pokemon adlarından biri idi, çünki həm yapon, həm də Amerikan auditoriyasının diqqətini cəlb etmək lazım idi.

Boyu 40 santimetr olan Pikaçu ilk elektrik tipli pokemonlardan biri idi və onun dizaynı elektrikin əsasında qurulmuşdu.Pikaçu siçan pokemonudur, onun bədəni qısa sarı xəzlə örtülüb, onun arxasında isə iki qəhvəyi rəngli şimşəyə bənzər uzun zolaqlar yerləşir. Pikaçunun uzun və qara uclu qulaqları var, yanaqlarında isə elektriki saxlayan və ayıran qırmızı dairələr var.“Pokémon Diamond və Pearl” oyununda Pikaçunun cinsi fərqləri təqdim olunub: dişi pikaçuları V-formalı quyruq sonu ilə ayırmaq olar. Pikaçu əsasən onun bədənində yaranan elektrik ilə düşmənlərə hücum edir. Əgər məşqçidə “İldırım daşı” (ing. Thunderstone) olsa, yetkin pikaçular Rayçu adlı pokemona təkamül edib, inkişaf edə bilər. Daha sonra pre-təkamül nəticəsində məşqçisi ilə dostluq edəndə Pikaçuya dönən Piçu adlı yeni pokemon ortaya çıxdı.

İlk planlarda Pikaçu Klefeyri adlı başqa pokemon ilə seriya üçün talisman olması fərz olunurdu. Lakin, anime serialının çəkiliş zamanı Pikaçu qadın tamaşaçı və onların analarına təsir ümid ilə yalnız talisman olaraq seçildi. Həlledici amil Pokemonun rəngi idi, çünki sarı rəng əsas rənglərdən biridir və uşaqlar onu asanlıqla uzaqdan ayıra bilər. Həmçinin qeyd olunmuşdu ki, bütün rəqabət aparan talismanlardan yalnız sarı rəngli Disneyin Vinni-Pux olması idi.

Çıxışları

Video oyunlarda


Eş və ən yaxın dostu Pikaçu “Pokemon” anime serialından.

Video oyunlarda Pikaçu aşağı səviyyəli pokemondur, o “Pokémon Black və White” istisna olmaqla bütün Pokemon video oyunlarında yer almışdır.“Pokémon Yellow” video oyununda Pikaçu ancaq başlanğıc pokemonu kimi seçilə bilər. Animedə olduğu kimi Pikaçu video oyunda da poke topunun içində olmağı sevmir, həmişə məşqçisinin yanı ilə səyahət edir. Təlimçi Pikaçu ilə danışa və onun verdiyi reaksiyadan asılı olaraq onun sağlamlıq vəziyyətini öyrənə bilər.1 aprel-5 may 2010-cu il tarixləri arasında keçirilən tədbirdə “Pokémon HeartGold və SoulSilver” oynayan oyunçular yeni imkan əldə etdilər: onlar Pikaçunu və digər pokemonları Pokevolker adlandırılan xüsusi pedometrə yükləmək haqqı qazandılar. Bu zaman Pikaçuya daha əvvəl malik olmadığı hücumlar öyrətmək olardı — “Sörfinq” və “Uçuş”.Bu hücumların ikisi də səyahət zamanı xarici hücumlarda istifadə oluna bilərdi.

Əsas seriyalardan başqa Pikaçu Nintendo 64 video oyun konsolunun “Hey You, Pikachu!” video oyununda görünmüşdür.Bu video oyunda oyunçu xüsusi mikrofon vasitəsilə Pikaçu ilə qarşılıqlı təsirdə olur, ona müxtəlif mini-oyunlarda əmrlər verir. Nintendo GameCube video oyun konsulunun “Pokémon Channel” video oyununda da oyunçu Pikaçu ilə bu cür qarşılıqlı əlaqədə olurdu, amma bu dəfə xüsusi mikrafondan istifadə etməyə ehtiyac yox idi.Pikaçu “Pokémon Snap” video oyununun bütün səviyyələrində peyda olmuşdur. Bu video oyunda oyunçu xal qazanmaq üçün pokemonların şəkillərini çəkməli idi. Pikaçu “Pokémon Mystery Dungeon” video oyun seriyasında 16 başlanğıc və 10 partnyor personajdan biridir. “PokéPark Wii: Pikachu’s Adventure” video oyununda Pikaçu əsas müsbət personajdır.Pikaçu həm də “Super Smash Bros.” video oyun seriyasının bütün 4 video oyununda oynanıla bilən personaj kimi çıxış edir.Pikaçu amiibo personajdır. “Pokken Tournament” video oyununda Pikaçu lukador (ispan dilli ölkələrdə güləş növü) paltarı geyinmiş şəkildə çıxış edən və oynanıla bilən personajdır.

Animedə

“Pokemon” anime serialı və filmlərində Eş Ketçum və onun Pikaçusunun başına gələn macəralarından və Pokemon dünyasına çıxdıqları səyahətdən bəhs edilir. Onlar səyahətləri zamanı Misti, Brok, Treysi, Mey, Maks, Doun, Ayris, Saylan, Bonni, Serena və Klemont kimi dostlarla qarşılaşırlar.

Anime serialının ilk seriyasında Eş Professor Oakdan başlanğıc pokemonu kimi Pikaçunu əldə edir. Yeni məşqçilərə başlanğıc pokemonları verilir; Eşin vətəni Kanto qəsəbəsində yeni məşqçilərə Çarmander, Skvirtl və ya Bulbazavr verilir, lakin Eş pokemon paylanma tədbirinə gecikdiyinə görə bunların heç birini götürə bilmir, əvəzinə isə Pikaçunu götürür. Əvvəlcə Pikaçu Eşin xahişlərinin hamısını rədd edir, ona tez-tez elektrik dalğası ilə hücum edir, pokemonları yanında gəzdirmək üçün istifadə olunan poke topuna girməkdən imtina edir. Amma Eş Pikaçunu onlara hücum edən Sperau dəstəsindən qorumaq üçün özünü təhlükəyə atır,yaralanmış Pikaçunu Pokemon Mərkəzinə gətirir. Eşin ona böyük hörmət bəslədiyini görən Pikaçu Eşə isinir və aralarında dostluq münasibətləri başlayır. Amma hələ də poke topuna girməyi imtina edir. Tezliklə Pikaçunun öz həmnövlərindən daha güclü olduğu məlum olur, bunu görən Raket Komandası öz şefləri olan Covannin könlünü qazanmaq üçün Pikaçunu oğurlamağı qarşılarına məqsəd qoyur.“Pikaçunun sağollaşması” (ing. Pikachu’s Goodbye) adlı seriyada Eş Pikaçunu azad edir, çünki o düşünürdü ki, Pikaçu vəhşi Pikaçu koloniyası ilə yaşasa daha xoşbəxt olar. Lakin Pikaçu azad olmaq əvəzinə Eşi seçir.

Serialda həmçinin vəhşi və təlim görmüş başqa Pikaçular da görünmüşdür. Bunlardan ən məşhuru Ritçinin Pikaçusu olan Sparkidir.Digər pokemonlar kimi Pikaçu da öz adını hecalamaqla digərləri ilə əlaqə saxlaya bilir. Animenin bütün versiyalarında Pikaçunu İkue Otani səsləndirmişdir. “Pokémon Live!” musiqili səhnə tamaşasında Pikaçu personajı animedəki versiyası əsasında yaradılmışdır. Bu tamaşada Pikaçunu Cennifer Risser oynamışdır.

Digər

Pikaçu Pokemon manqa seriyalarının çoxunda əsas personaj rolunda çıxış edir. “Pokémon Adventures” manqasında əsas personajlar olan Red və Yellou Pikaçuya təlim verirlər. “Magical Pokémon Journey” və “Getto Da Ze” manqa seriyalarında da Pikaçu personajı yer almışdır. “Electric Tale of Pikachu” və “Ash & Pikachu” manqa seriyalarında isə animedə olduğu kimi Eş ilə Pikaçunun dostluğunu görmək olar.

“Pokemon” seriyasına həsr edilmiş kolleksiya kartlarında Pikaçu personajı da yer almışdır. İlk Pokemon kolleksiya kartı oyunu (ing. Pokémon Trading Card Game) 1996-cı ilin oktyabrında yayımlanmış və onunla birlikdə məhdud sayda reklam kartları gəlmişdir. Pikaçu həmçinin McDonald’s, Wendy’s və Burger King kimi fest-fud restoranlar şəbəkələrinin merçandayzinqlərində istifadə olunmuşdur.

Mədəniyyətə təsiri

Françayzın talismanı kimi, Pikaçu daim merçandayzinqda və ya müxtəlif reklam kampaniyalarında iştirak edir. 1998-ci ildə Kanzasın Topika şəhərinin meri Coan Ueqnon bir günlük şəhəri “Topikaçu” adlandırmışdı.25 aprel 2000-ci ildə Pikaçu məşhur “Got Milk?” reklam kampaniyasında iştirak etmişdir.2001-ci ildən başlayaraq Macy’s univermaqı hər il Şükran günündə Pikaçu formalı hava şarını işlədir.All Nippon Airways-a məxsus olan təyyarələrdə Pikaçu və digər pokemonların rəsmlərinə tez-tez rast gəlmək olar.

Pikaçu dəfələrlə müxtəlif televiziya və cizgi filmlərdə ortaya çıxmışdır. Hiro Nakamuranın “Qəhrəmanlar” teleserialında personajlardan birinin adı Pikaçudur.“Drawn Together” cizgi serialında Linq-Linq adlanan Asiyalı qulyabanı Pikaçunun parodiyasıdır.Pikaçunu “Simpsonlar” cizgi serialının epizodlarında tez-tez görmək olar.

1999-cu ildə “Time” jurnalı Pikaçunu “[sic] ilin yaxşı insanları” siyahısında ikinci sıraya qoyub, onu “Hello Kitty-dən sonra ən sevimli animasiya personajı” adlandırmışdı.2000-ci ildə Animax tərəfindən aparılan sorğuda, Pikaçu ən məşhur anime personajları arasında səkkizinci yeri götürmüşdü.2002-ci ildə TV Guide-ın 50 ən böyük cizgi personajı siyahısında Pikaçu 12-ci yerdə yerləşmişdi.2003 və 2004-cü illərdə “Forbes” jurnalının hesabatına görə Pikaçu onu yaradanlara həmin iki ildə 1,65 milyard dollar gəlir gətirmişdi.2008-ci ildə Oricon kompaniyası tərəfindən “ən məşhur Yaponiya video oyun personajları” haqqında aparılan sorğuda, Pikaçu “Metal Gear” oyununun personajı olan Solid Snake və “Dragon Quest”-in personajı Slaym ilə 4-cü yeri bölüşdürmüşdür. Onu Yaponiyanın Mikki Mausa cavabı və “məlahətli kapitalizm” hərəkatının hissəsi kimi qeyd etmişdilər.IGN-in 100 ən yaxşı pokemon siyahısında Pikaçu 48-ci yeri tutmuşdur.Treysi Uest və Ketrin Noell “Pokémon Top 10 Handbook” kitabında, Pikaçunu ən güclü elektrik növü pokemon, o cümlədən ən yaxşı pokemon adlandırmışdılar. Kitabda Pikaçu “cəsarətli və vəfalı” pokemon adlandırılır.Viktor Pelevinin “Rəqəmlər” romanında, Pikaçu biznesmen Styopanın alter eqosudur.“Rəqəmlər” kitabın üz qabığında ağlayan Pikaçu rəsmi var.Futbol üzrə dünya çempionatı 2014-də Pikaçu Yaponiya milli futbol komandasının talismanlarından biri idi.

2008-ci ildə BBC-inin Top Gear verilişinin aparıcısı Riçard Hammond Hindistanın Tata Nano avtomobilinin dizaynını Pikaçu ilə müqayisə etmişdir. O, dizaynerləri avtomobilinin dizaynında qənaət etmək üçün Pikaçuya bənzədilməsində ittiham etmişdir.

Osaka Bioelm İnstitutun alimləri Pikaçunun şərəfinə göz retinasında yerləşən zülalı pikaçurin zülalı adlandırıblar.Bu ad Pikaçunun “ildirim sürətli hərəkətləri və elektrik şok effektlərinə” görə adlandırılıb.

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/maraqli/pikacu/998/

Bir cavab yazın

Your email address will not be published.