Qana

Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur.

Siyasi və coğrafi mövqeyi

Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir.

Qana bayrağı

Qana Gerbi

Qana Xəritəsi

Təbii resursları

Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, şəltik əkin sahələri də üstünlük təşkil edir. Ən isti aylarda (mart) orta temperatur 27°S, ən soyuq ayda (avqust) 23°S.-dir.

Qana Respublikası qızıl, almaz, dəmir filizi, manqan, xromit və neft-qaz. meşə materialları, balıq, hidpoenerji resursları ilə zəngindir. Ölkənin əsas ixrac məhsulları qızıl, almaz, alüminium, boksit, marqan filizi, kakao, meşə materialları və balıq məhsullarıdır.

Əhalisi

Əhalinin illik artım 1,9% , orta illik ömür: kişilərdə 59 yaş, qadınlarda 62 yaş təşkil edir.

Qana əhalisinin 72%-i Qvineya dil yarımqrupuna daxildir. Əhalinin etnik tərkibinin 43%-ni akan, 15,2%-ni mole-daqbon, 11,7%-ni eve, 7,3%-ni adanqme, 4%-ni quan, 3,6%-ni qurma, 2,6%-ni qrusi və s. xalqlar və etnik qruplar təşkil edir (2000-ci il siyahıyaalınmasına əsasən). Akan etnosları Qvineya dil yarımqrupunun 65%-ni, bütün ölkə etnik qruplarının isə 43%-ni təşkil edir. Akan etnosuna çvi (tvi), fanti (meşə zonasında), akvapim (dəniz sahilində), aşanti, dençira, baule və s. xalqlar daxildir. Akanların dili dörd ədəbi dil formalarına bölünür: çvi (tvi), fanti, Akvapim və akim.

Qana gənc əhaliyə sahib olub, 2016-cı ilin təxmini məlumatlarına görə əhalinin 56,86 %-i 0-24 yaş aralığındadır. Qana əhalisi digər Afrika ölkələrindən fərqli olaraq orta hədd səviyyəsinə görə daha çox yəni 4,19 %-ni 65 yaş və yuxarı yaş həddinə sahib olan əhali təşkil edir.

0-14 yaş: 38.2% (kişi 5,164,505/qadın 5,113,185)
15-24 yaş: 18.66% (kişi 2,498,185/qadın 2,522,353)
25-54 yaş: 34.05% (kişi 4,445,321/qadın 4,716,311)
55-64 yaş: 4.91% (kişi 642,984/qadın 678,784)
65 yaş ve yuxarı: 4.19% (kişi 520,589/qadın 606,045)

2015-ci ilin məlumatlatına görə ölkə əhalisini 54,4%-ni şəhər əhalisi təşkil edir. Əhalinin artım nisbəti 2016-ci ilin məlumatlarına əsasən 2,58% həddindərdir.

Siyasət

Qananın ilk baş naziri və ilk prezidenti Kvame Nkruma idi.

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/olk%c9%99l%c9%99r/qana/1212/

Bir cavab yazın

Your email address will not be published.