Tom və Cerri

“Tom və Cerri” — ABŞ-ın Uilyam Hanna və Cozef Barberanın 1940-2001-ci illərdə Cartoon Network studiyasında istehsal olunan qısa və tammetrajlı cizgi filmləri seriyası. Uilyam Hanna və Cozef Barbera tərəfindən yaradılmışdır. Əhvalatın mərkəzində pişik Tom və siçan Cerrinin rəqabəti durur. Tom və Cerrinın başqa digər personajları arasında məhəllə pişiyi Baç, Spayk, Tayk, siçan balası Taffi, ördək balası Kvaker və sarı bülbüldür.

Tarixi:

Tom və Cerri ilk dəfə 1940-cı ildə Uilyam Hanna və Cozef Barbera yaradılmışdır. İlk seriya “Puss gets the boss” adlandırılmışdır və bu seriyada obrazlara ad verilməmişdir. İlk seriya çox bəyənilmiş və bunun ardından Hanna və Barbara obrazlara ad verməyi qərar almışdır. Onlar müsabiqə keçirmiş və bu müsabiqədə Con Carrın təklif etdiyi “Tom and Jerry” adı qalib gəlmişdir. Con Carr 50 dollar mükafat aldı. Bundan sonra 13 seriya çəkildi ve bunlardan yeddisi Akademiya mükafatına layiq gürüldü.

1960-cı ildə Tom və Cerri çizgi filmi Gene Deitch və Uilyam L. Sneyder tərəfindən hazırlanmağa başladı. Bu illərdə hazırlanan seriyalar tamaşaçıların qəzəbinə səbəb oldu. Çünki dialoqlar tezləşdirilmiş, musiqilər azalmış və obrazların rəngi daha solğun hala gəlmişdi.

1963-cü ildə Tom və Cerri Çak Conz tərəfindən hazırlanmağa başladı. Obrazlar əvvəlki vəziyyətinə qaytarıldı. Kiçik dəyişikliklər tamaşaçıların xoşuna gəldi. Belə ki, Cerrinin gözləri və qulaqları böyüdüldü Tomun bığları azaldıldı.

1965-ci ildə TV-də yayımlanmaya başlayan Tom və Cerridə bu dəfə böyük dəyişikliklər edildi. Ən böyük dəyişiklik üzü görünməyən ev sahibi Mammi arıq bir qadına çevrildi.

Son olaraq 1986-ci ildə çizgi film MGM studiyası tərəfindən alındı və TBS, TNT və Cartoon NetWork kimi kanallarda yayımlanmağa başladı.

Tom və Cerrinin bu günə qədər 6 uzun filmi və 114 qısa filmi olmuşdur.

Silinən səhnələr:

Çizgi filmdə uşaqlara mənfi təsir göstərə biləcək partlamalardan sonra obrazların üzünün qaralması, Mamminin siçanlardan qorxaraq stola çıxması və obrazların siqaret çəkdiyi səhnələr bir çox ölkədə silinmişdir.

Həmçinin 1-ci sezonun son bölümündə Tom və Cerri dəmir yolunda dayanaraq intihar etməyə cəhd etmiş və seriya orda bitmişdir. Seriyanın nəyə görə belə bitdiyi hələ də açıqlanmamışdır.

Bu yazının daimi bağlantısı: https://ens.sebeke.biz/usaqlar-ucun/tom-v%c9%99-cerri/1076/

Bir cavab yazın

Your email address will not be published.